Haqqımızda

Saxta səhifələrin hazırladığı yalan-yanlış məlumatlar insanların daha çox diqqətini çəkir. Öz işlərinə yarayacaq şəkildə məlumat paylaşır və insanları buna inandırırlar. Təbii ki, inananlar da az deyil. Bu səhifələrin özbaşınalığına son vermək, bütün lazımlı məlumatları və diqqətinizi çəkəcək məqalələri bir yerə toplamaq fikri, zəhmətlə yoğrularaq Fikir Cəbhəsini əmələ gətirdi.

Bu iki məqsəd sadəcə aysberqin görünən üzüdür. Digər məqsədlərdən biri isə yeniyetmə və gənclərin düzgün fikirlə formalaşmasına xidmət etməkdir. Əlbəttə ki, boş vaxtında əlinə bir kitab alan gənclər, mənəviyyat cəhətdən, boş vaxtını çayxanada keçirən gənclərdən daha üstündür. Bloqun qurulmasındakı fikirlərdən biri də budur.

Çox oxumaq əsas deyil, keyfiyyətli şey oxumaq əsasdır. Çünki kəmiyyətin, keyfiyyət yanında heç bir önəmi yoxdur. Həyatda faydası belə olmayacaq yazıları oxumaq yerinə, əlbəttə, kitab oxumaq yaxşıdır, amma istədiyi kitabı əldə etməkdə çətinlik çəkənlər də var. Əldə etmək istədiyiniz kitablarda keçən fikirlər, bloqun özəyini əmələ gətirir. Bloqda paylaşılan bütün məlumatlar, bir yerə toplanıb, süzgəcdən keçirilərək və doğruluğu isbat olunaraq yazı halına salınmışdır və sizlərə çatdırılmaqdadır.

Fikir Cəbhəsinin böyüyüb, daha böyük bir kütləyə yayılmasında sizin – izləyicilərin rolu əvəzolunmazdır. Sizin dostlarınızla paylaşdığınız hər bir yazı, Fikir Cəbhəsi binasının inşası üçün gətirilən bir kərpicdir. Odur ki, Fikir Cəbhəsinin digər sosial platformdakı səhifələrini izləməklə də bizə yardım edə bilərsiniz.

  • Bloqla bağlı ən yeni məlumatlardan xəbərdar olmaq üçün Fikir Cəbhəsi Twitter.
  • Yazıların qısa halının paylaşıldığı Facebook Səhifəsi.
  • Digər izləyicilərlə əlaqədə qalıb, məlumatları bölüşəcəyiniz Facebook qrupu.
  • Hər gün bir yeni məlumat paylaşılmaqla Instagram profili.
  • Yazıların formatını bəyənmir, və ya oxumaqda əziyyət çəkir, uzun yazını oxumaqdan sıxılırsınızsa, YouTube kanalımızı izləyin. Bloqdakı yazılar səsləndirmə ilə video halına salınıb paylaşılacaqdır.

Bizə bildirmək istədiyiniz təklifiniz, etmək istədiyiniz şikayətiniz varsa, yazıçı birliyimizə qoşulmaq istəyirsinizsə, yazılarda səhv aşkar etmisinizsə, və ya maddi dəstəkdə görünmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Ən qısa vaxtda sizinlə yenidən əlaqədə olacağımızdan əmin olun.

Yazıları oxumaq üçün səhifəni aşağı sürüşdürüb, kateqoriyalar bölməsindən maraqlandığınız kateqoriyanı seçin.

Reklamlar