İnsan bədəni haqqında bunları bilirdinizmi?

Dil izi

Əgər kim olduğunuzu gizləmək istəyirsinizsə, dilinizi çıxarmayın. Barmaq izləri kimi, hər kəs tək və bənzərsiz bir dil izinə sahibdir.

Töküntü

Evdə tük tökülməsi dərdindən şikayət edən sadəcə heyvanınız deyil. İnsanlar hər saat təqribən 600 min dəri parçası tökür. Bu hər il təqribən 680 qram edir, bu səbəbdən normal bir insan 70 yaşına qədər 48 kg dəri tökmüş sayılır.

Sümük sayı

Yetkinlərdə bir körpədən daha az sümük olduğunu bilirdinizmi? Doğulanda 350 ədəd sümüyə sahib oluruq. Amma inkişaf dövrü boyunca sümüklər əriyib bir-birilə qaynaşır və yetkin olanda sadəcə 206 sümüyümüz qalır.

Yeni mədə

Mədə mukozasının xarici təbəqəsinin ömrü çox qısa olduğu üçün hər 3-4 gündə bir yeniləndiyini bilirdinizmi? Əgər yenilənməsəydi, mədənizdəki yeməkləri həzm ermək üçün işlədilən güclü asidlər, həm də mədənizə zərər verəcəkdi.

Qoxu xatırlatma

İtlərin burunlarının çox həssas olduğunu və qoxuları yaxşı xatırladığını çoxumuz bilirik. Burnumuz itlər qədər həssas olmasa da, 50 min fərqli qoxunu xatırlaya bilirik.

Uzun bağırsaqlar

İncə bağırsağın uzunluğu yetkin bir insanın boyunun  təxminən 4 qatı qədərdir. Əgər bir neçə dəfə qatlanmasaydı, 5-6 metrlik uzunluğu qarın boşluğuna yerləşməzdi.

Bakteriya

Bu, dəri üçün vacibdir. İnsan bədənində dərinin hər kvadrat santimetrində 32 milyona qədər bakteriya yaşayır. Bunların böyük bir hissəsi zərərsizdir.

Bədəndəki qoxunun mənbəyi

Qoltuq altı kimi qoxu verən ayaqların mənbəyi tərdir. İnsanlar ayaqlarından da tərləyir. Bir cüt ayaq 500 minə qədər tər bezinə sahibdir və gündə yarım litr tər ifraz edə bilir.

Asqırma sürəti

İnsan asqıranda ağzından çıxan hava saatda 161 km/saat sürətlə gedə bilir. Bu səbəbdən asqıranda burnunuzu və ağzınızı örtməlisiniz.

Qan aralığı

Eritrosit olaraq bilinən qan hüceyrələri bikonkav (iki tərəfi çuxur) disklər şəklindədir. Qan uzun bir yolda səyahət edir. İnsan bədənində 96 min 560-a qədər qan damarı mövcuddur. Çox çalışqan olan ürək hər gün damarların içinə 7 min 571 litr qan ötürür. 

Tüpürcək miqdarı

Tüpürcəyinizin içində üzmək istəməyə bilərsiniz, ama saxlasaydınız, bunu edə bilərdiniz. Çünki, ömrü boyu insan, 25 min litr tüpürcək ifraz edir. Bu miqdar 2 üzgüçülük hovuzunu doldurmağa bəs edər.

Xorultu səsi

60 yaşında kişilərin 60%-i, qadınların isə 40%-i xoruldayır. Xoruldamaq normalda 60 desibel ikən, xorultu səviyyəsi bəzi insanlarda 80 desibeldən artıq ola bilir. 80 desibel səviyyəsindəki səs hava direlinin çıxardığı səs qədər yüksəkdir. 85 desibeldən yüksək səslərin insan qulağına zərər verdiyi isbatlanmışdır.

Saç rəngi və sayı

Sarışınlar daha əyləncəli ola bilər, ya da olmaya bilər, amma sarışınlar hər kəsdən daha çox saça sahibdir. Saç rəngi saçımızın nə qədər sıx olduğunu öyrənməyimizə kömək edir. Buna görə sarışınlar ən üst sırada dayanır. Bir insanda normalda 100 min saç tükü olarkən, sarışınlarda bu rəqəm 146 mindir. Qara saçlı insanlar təqribən 110 min saç tükünə sahibdir. Qəhvəyi rəng saça sahib insanlarda isə bu rəqəm 100 mindir. Qırmızı saçlı insanların isə saç tükü daha az, 86 minə yaxındır.

Dırnaq inkişafı

Əgər əl dırnaqlarınızı tez-tez kəsirsinizsə, bu təbiidir. Əl dırnaqlarımız daha çox işlədildiyi üçün daha tez uzanırlar. Əlimizin dırnaqları gündəlik 0,5-0,6 mm sürətlə uzanır. Yəni kəsilməsələr, ildə 2.5 – 3 sm uzunluğa çata bilərlər. Ayaq dırnaqlarının uzanma sürəti bunun dörddə biri qədərdir. Ən sürətli uzanan dırnaq orta barmağın dırnağıdır.

Baş ağırlığı

Körpələr doğulanda başlarını tuta bilməzlər. İnsan başı doğulanda bədənin uzunluğunun dörddə biri qədərdir. Amma yetkin olanda bu rəqəm 8-ə birinə çatır.

Yuxu ehtiyacı

Əgər yaxşı bir gecə yuxusu üçün öldüyünüzü deyirsinizsə, sözün əsl mənasıyla bunu nəzərdə tutursunuz. Həftələr boyu bir şey yeməsəniz, ölməzsiniz, amma 11 gündən sonra yuxusuzluğa dözə bilməz, sonsuza qədər yatıb qalarsınız.

Bəs siz bu məlumatlardan neçəsini bilirdiniz? 🙂 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s