Elm və Quran

Quran, növlərin olduğu kimi yaradıldığını, elm isə ibtidai hüceyrələrdən başlayaraq təkamül etdiyini və növlərin digər növlərdən meydana gəldiyini deyir.

Qurana görə ilk insan Adəm, bugünki insandan fərqsizdir. Danışa bilir, ağıllıdır, düşünmə qabiliyyəti, şüuru və bacarıqları bizlərlə eynidir.

Elm isə insanın zəka, danışıq, şüur və s. kimi bacarıqlarının zaman içində təkamül etdiyini, ilk insanlarda beyin həcminin daha az olduğunu, beyin qabığının inkişaf etməmiş olduğunu, nitqin olmadığını, rəngləri görə bilmədiklərini, həmçinin fiziki olaraq daha dəyişik olduqlarını deyir.

Qurana görə, ilk insan uzun yaşamışdır. Adəm 930 il, Nuh 950 il və s.

Elmə görə isə, ilk insanların ömrü əksinə, günümüzdəkindən qısa olub, təkamül müddətində gedərək uzamaqdadır. Romalılarda belə ortalama ömür 40 il kimidir.

Qurana görə Adəmin övladlarından Habil əkinçi, Qabil çobandır. Yəni ilk insan dövründə əkinçilik və maldarlıq vardır. Bugünki torpaq quruluşu, bitkilər, ağaclar və sairə mövcuddur.

Elmə görə ilk insanlar ovçu və yığıcıdır. Əkinçilik və maldarlığın tarixi sadəcə on min ildir. Əkiləbilən mövcud torpağın bugünki halına gələ bilməsi ancaq 100 min il əvvəl olmuşdur.

Qurana görə, Adəmin övladlarından Habil, Qabili öldürər və basdırar. Yəni ölü basdırmaq, ilk insanlardan bəri var.

Elmə görə, insanlar ölü basdırma şüuruna 50 min il əvvəl çatdı. Milyonlarla il ölülər basdırılsaydı, məzarlıq olmayan bir qarış yer qalmazdı.

Qurana görə Allah, qoyun, keçi, at, eşşək, dəvə, sığır yaratmışdır. Yəni heyvanlar ilk ortaya çıxdıqlarından bəri eynidirlər. Və ilk insanlarla eyni anda yaradılmışlar.

Elmə görə bu heyvanlar, başqa növlərdən təkamül etmiş və insan tərəfindən əhliləşdirilərək, müxtəlif seçmələrlə (cütləşdirmə və sairə) bugünki vəziyyətlərinə gəlmişdir. İlk insanların dövründə bu cür heyvanlar yoxdur, bunların vəhşi ataları vardır və bəhs edilən evcil növlər sadəcə 10 min ildir var.

Qurana görə meyvələr, tərəvəzlər bugünki xüsusiyyətlərində (rəng, dad, forma, böyüklük və s.) yaradılmışdır.

Elmə görə isə, indiki tərəvəz və meyvələr, insanlar tərəfindən seçildiyi üçün, bugünki dad, qoxu, rəng və ölçülərinə çatmışdır. Qarğıdalı 5 min il əvvəl 2-3 santimetr ikən, insanlar tərəfindən davamlı surətdə iriləri seçilərək əkildiyi üçün bugünki ölçüsünə çatmışdır. Armud, alma və sairənin acıları, bəyənilməyən növləri və s. əkilməmiş və bəyənilən növləri qorunmuşdur. Yəni indi istifadə olunan bütün tərəvəz və meyvələr, insanlar tərəfindən inkişaf edilmişdir.

Reklamlar