Dünya, kainat və sonsuzluq

O nöqtəyə təkrar baxın. Ora evimizdir. O bizik. Sevdiyimiz və tanıdığımız, adını eşitdiyimiz, yaşayan və ölmüş olan hər kəs onun üzərindədir. Bütün sevincimizin və kədərimizin cəmi, minlərcə bir-birini yalanlayan din, ideologiya və iqtisad təlimi; insanlıq tarixi boyunca yaşayan hər ovçu və toplayıcı, hər qəhrəman və qorxaq, hər mədəniyyət qurucusu və yıxıcısı, hər kral və fermer, hər aşiq cütlük, hər ana və ata, ümid dolu uşaq, ixtiraçı, kaşif, əxlaq müəllimi, kobud siyasətçi, hər superstar, hər “ulu öndər”, hər əziz və günahkar onun üzərində – bir günişığı dəmətinin üzərində asılı duran o toz zərrəsindədir.

Kainatın sonsuzluğu qarşısında dünya çox kiçik bir səhnədir. Bütün o generallar və imperatorlar tərəfindən axıdılan qan çaylarını düşünün, qazandıqları zəfərlə bir toz dənəsinin bir anlıq əfəndisi oldular. O zərrənin bir tərəfində yaşayanların başqa bir tərəfindən gələn və özlərinə bənzəyən başqaları tərəfindən uğradığı bitməz-tükənməz əziyyətləri düşünün, nə çox yanılğıya düşdülər, bir-birlərini öldürmək üçün nə qədər həvəsli idilər, bir-birlərindən nə qədər çox nifrət edirlərdi.

Lovğalanmalarımız, özümüzə yönəltdiyimiz önəm, kainatda ayrıcalıqlı bir məkanımız olduğu haqqındakı sayıqlamamız, hamısı bu solğun işıq nöqtəsi tərəfindən yıxılır. Planetimiz, onu çevrələyən kosmosun qaranlığı içində yalnız bir toz zərrəsidir. Bu böyük boşluq içindəki itkinliyimizdə, bizi bizdən qurtarmaq üçün yardım etməyə gələn kimsə yoxdur.

Dünya, üzərində həyat sığındığını bildiyimiz tək planetdir. Ən azından yaxın gələcəkdə, gedə biləcəyimiz başqa yer yoxdur. Ziyarət edə bilərik, amma hələ yerləşə bilmərik. Bəyənin və ya bəyənməyin, bu anda Dünya sığına biləcəyimiz tək yerdir.

Astronomiyanın təvazökarlaşdırıcı və şəxsiyyət qazandıran bir təcrübə olduğu deyilir. Bəlkə də, insanın qürurunun nə qədər axmaqca olduğunu bundan daha yaxşı göstərən bir şəkil yoxdur. Məncə bu mavi nöqtəyə, yuvamıza və bir-birimizə daha yaxşı davranma məsuliyyətimizi vurğulayır.

PaleBlueDot

Solğun mavi nöqtə (1994)
Carl Sagan

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s