“Hər şeyi öyrənmək istəyirəm”

“Ana, buludlar nədən hazırlanıb? Niyə yağış yağır? Bütün yağış suyu haraya gedir? Bunun nə kimi faydası var?”
Kiçik William Jones hər zaman suallar verərdi.

“Öyrənmək istəyirəm” deyirdi uşaq. “Hər şeyi öyrənmək istəyirəm.”

Əvvəlcə anası bütün sualları cavablamağa çalışdı. Ancaq oxumağı öyrəndikdən sonra anası ona öyrənmək istədiyi şeylər üçün kitablara baxmağı öyrətdi.

“Ana, küləyin əsməsini nə təmin edir?”
“Oxu, öyrənəcəksən, oğlum.”
“Dünyanın digər tərəfində kimlər yaşayır?”
“Oxu, öyrənəcəksən.”
“Səma niyə bu qədər mavidir?”
“Oxu, öyrənəcəksən.”
“Ana, hər şeyi öyrənmək istəyirəm.”
“Hər şeyi heç vaxt öyrənə bilməzsən, oğlum. Amma kitablardan bir çox şey öyrənə bilərsən.”
“Bəli, ana. Oxuyacam və öyrənəcəm.”

Çox kiçik bir uşaq idi, ancaq hələ üç yaşına belə gəlmədən olduqca yaxşı oxuya bilirdi. Səkkiz yaşında “Harrow”-dakı məşhur məktəbdəki ən yaxşı şagird idi. Həmişə oxuyur, öyrənir və maraqlanırdı.

“Öyrənmək istəyirəm, öyrənmək istəyirəm.” deməyə davam edirdi.

“Oxu, öyrənəcəksən.” deyirdi anası. “İçində həqiqətlər olan kitabları oxu. Gözəl və yaxşı olan şeylərlə əlaqəli oxu. Müdrik biri ola bilmək üçün oxu.”

“Axmaqca kitablar oxuyaraq vaxtını boş yerə sərf etmə. Sənə pis təsir edəcək kitabları oxuma. Səni daha yaxşı və ya müdrik etməyən heç bir kitab oxumağa dəyər deyildir.”

Beləcə William Jones oxumağa və öyrənməyə davam etdi. Dünyadakı ən məşhur elm adamlarından biri oldu. İngiltərə kralı ona cəngavərlik ünvanı verdi və özü Sir William Jones adını aldı.

Sir William Jones təxminən iki yüz il əvvəl yaşadı. Çoxunu kitablardan aldığı məlumatları ilə tanınır. Qırx dil danışıb yaza bildiyi deyilir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s