Uyumsuz dahi?

Bu adam; Qriqori Yakovleviç Perelmandır.
Bəs o kimdir?
Yüz ildir həll oluna bilməyən və dünyanın ən böyük 7 misalından biri sayılan “Poincaré” hipotezini 2002-ci ildə həll edib internet bloqunda paylaşan rus riyaziyyatçı, həllinin 4 il sonra, 2006-cı ildə qəbul olunmasından və də bu artıq gecikməyə səbəb olan ABŞ-dakı əməkdaşı riyaziyyatçılardan lazımi hörməti görmədiyindən qüruru sındığı üçün 1 milyon dollar pul mükafatını və riyaziyyatın Nobeli olaraq qəbul edilən “Fields Mükafatı”-nı rədd etmişdir.

Hər kəs başa düşürdü ki, əgər sübut doğru olsa, başqa tanınmaya ehtiyac olmayacaq… Mən zooparkdakı heyvan kimi nümayiş olunmaq istəmirəm. Mən riyaziyyat qəhrəmanı deyiləm. Mən belə o qədər uğurlu deyiləm; buna görə hamının mənə baxmasını istəmirəm.

2005-ci ildə St. Petersburqdakı Steklov İnstitutundakı vəzifəsindən istefa edərək yoxa çıxan Perelmanın psixoloji olaraq çətin bir dönəmdə olduğu, riyaziyyatla əlaqəsini kəsdiyi bildirilirdi. Perelmanın, mütəxəssislər tərəfindən belə çətinliklə başa düşülən, Poincaré hipotezinə (indi teoremdir) həlli rəsmi olaraq 2006-cı ildə qəbul edilmişdir. 2010-cu ildə hazırlanan bir yarışmada, dünyanın ən çətin riyaziyyat misallarından birini həll etdiyi üçün “Milenium” mükafatı verilmiş, mükafatı almayacağını açıqlamışdır. Sonuncu dəfə 1 milyon dolları ala biləcəyini, bunu riyaziyyat tədrisinin inkişafı üçün xərcləyə biləcəyini desə də, pulu almamışdır. Hazırda Perelman Kupçində anası ilə birlikdə yaşayır və qapalı həyat tərzi sürür. Perelmanın qonşusu Vera Petrovna da jurnalistlərə daha öncə verdiyi bir açıqlamada,

Bir dəfə otağına girdim və şoka düşdüm. Sadəcə bir masası, bir unitazı və daha öncə otaqda yaşayanlar tərəfindən qoyulmuş kirli bir yatağı vardı. Binadakı tarakanlardan qurtulmağa çalışırıq, amma onun otağında gizlənirlər.

– deyə danışmışdı. Perelmanın etdiyi həllin, kainatın formasının müəyyənləşdirilməsində köməkçi ola biləcəyi qeyd edilir.

perelman_poincare

Reklamlar

1 Comment

  1. “Ben ünlü olmak istemiyorum.Teshir edilecek bir sirk maymunu deyilim.AltI-üstü1 soru çözdüm ve bu kadar büyütülmesi ilginç”-Böyle söylüyordu bu semimi matematikçi ödülü reddetmesiyle ilgili olarak. 😦

    Liked by 1 kişi

Yorumlar kapatıldı.